EN

MİQ üzrə müsahibələrin üçüncü günündə 977 nəfər dəvət olundu

  Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 22-də riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə müsahibələr təşkil edilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Referans-a bildirilib ki, müsahibələrin üçüncü günündə 977 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.  

Chosen
45
14
referans.az

10Sources