EN

Rütte VƏD VERDİ: Müharibədən sonra Ukrayna üçün bunu edəcəyik

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kiyevə təhlükəsizlik təminatlarının verilməsi Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə xidmət edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

O bildirib ki, ABŞ və NATO-nun Ukraynanın təhlükəsizlik təminatlarında iştirak edəcək.

“Bunun bir hissəsi kimi Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə çalışacağıq. Güclü təhlükəsizlik zəmanətləri mühüm əhəmiyyət kəsb edir. ABŞ və NATO bunun təmin olunmasında iştirak edəcək. Münaqişədən sonra isə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi birinci yerdə olacaq. Hələlik təhlükəsizlik təminatları mövzusu ilk sıradadır”, – Rutte vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinin mümkünsüzlüyü haqda bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
globalinfo.az

2Sources