EN

47 yaşlı anasını qətlə yetirən oğul saxlanıldı - YENİLƏNİB

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Astarada dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonda oğul anasını qətlə yetirib.

Məlumata görə, şəhərin H.Aslanov küçəsi, ev 57-də qeydiyyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə ailə münaqişəsi zəminində 1978-ci il təvəllüdlü anası Məhəbbət Nurəddin qızı Qasımovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Meyit müayinə olunmaq üçün aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Chosen
5
18
sherg.az

10Sources