EN

İranda hərbçilərə hücum edildi

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr rayonunun Damən bölgəsində naməlum silahlı şəxslər hərbçilərin olduğu avtomobilə hücum ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 5 hərbçi öldürülüb.

Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, hadisə yerinin mühasirəyə alındığı bildirilir.

Chosen
10
3
redaktor.az

5Sources