EN

TƏCİLİ! Azərbaycanda bu şəhərlər də BAKI KİMİ OLACAQ

Məlumdur ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman imzalayıb. Həmçinin ölkə başçısı sonrakı illərdə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında da fərman imzalayıb. Hazırda paytaxt Bakıda əhalinin sıxlığı durmadan artır.


Lakin bunun fonunda ölkəmizdəki digər iri şəhərlərdə isə Bakıdakı kimi inkişaf yoxdur. Bunun əsas səbəbi nədir? Azərbaycanda regionların inkişafı ilə bağlı hansı işlər görülür? Bu mənada daha çox hansı sahələrə vəsaitin ayrılması vacibdir?


Mövzu ilə bağlı Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü, deputat, Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə Referans-a açıqlama verib.




Arzuxan Əlizadə qeyd edib ki, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı qanunvericilik müstəvisində bir sıra addımlar atılıb, eyni zamanda bununla bağlı Azərbaycan Respublikasının prezidentinin fərman və sərəncamları da var. "2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı haqqında" dövlət proqramı da Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq olunubdur. İnsafən demək lazımdır ki, regionlarımızda bir sıra abadlıq quruculuq işləri aparılır və bu gündə bu quruculuq işləri davam etməkdədir. Amma digər vacib bir məsələ  də var. Azərbaycan insanını olduqca narahat edən məsələlərdən biri ondan ibarətdir ki, son dövrlərdə xüsusilə də Bakıya axın kifayət qədər çoxdur. 


Deputat həmçinin qeyd edib ki, bu əslində bütün dünyada qəbul edilən bir tendensiyadır. Urbanizasiya - kənddən şəhər köç prosesi var və bu böyük şəhərlərdə, meqapolislərdə müəyyən ciddi problemlər yaradır. Əhali sıxlığının artması infrastruktura, eləcə də insanların yaşam tərzinə təsiri olur. Əsas böyük, iri şəhərlərdə sıxlıq, eyni zamanda avtomobil, nəqliyyat qovşaqlarının da bu artım tempinə uyğunlaşdırılmasına olan çətinliklər bir problem olaraq mövcuddur. Bakıda da bu problem ciddi surətdə görünməkdədir. Xüsusilə son dövrlərdə paytaxt yollarında olan sıxlıq və bundan yaranan gərginlik təbii ki, hər birimizi narahat edir və gündəlik yaşam tərzimizdə hər birimizin mütəmadi olaraq qarşılaşdığı problemlərdən biridir. Hər birimizi bir ciddi sual düşündürür ki, necə etmək olar ki, insanımız regionda qalmağa, regionun inkişafında, bilavasitə öz iştirakını təmin etməyə maraqlı olsun? Təbii ki, bunun üçün ilk növbədə əhalinin məşğulluğu ilə bağlı məsələlər həll olunmalıdır.


Arzuxan Əlizadə bildirib ki, bizim bununla bağlı zaman-zaman təkliflərimiz olun. Bir sıra iqtisadçılar, sosioloqlar, politoloqlar, ictimai-siyasi xadimlər bu məsələ ilə bağlı öz fikirlərini və mövqelərini bildiriblər.


Müsahibimiz onu da vurğulayıb ki, təkliflərin biri də ondan ibarətdir ki, bir sıra nazirliklər və dövlət komitələri paytaxtdan kənarda, regionlarda fəaliyyət göstərsələr daha məqbul olur. Məsələn, Kənd təsərrüfatı nazirliyi Bakı şəhərində deyil, regionların birində, xüsusilə də kənd təsərrüfatının inkişafı baxımından əlverişli və daha potensial olan regionlarımızın birində yerləşməsi olduqca əhəmiyyətli olar. Eyni zamanda digər bir sıra nazirlik və komitələrlə bununla bağlı qərar verilə bilər. Xüsusilə də bizim ali təhsil müəssisələrimizin, eləcə də orta ixtisas təhsil müəssisələrimizin bir sıra regionlarda təmərküzləşməsi olduqca vacib məsələlərdən biridir. Məsələn, Xankəndində açılan Qarabağ universiteti bu baxımdan bir nümunədir əslində. Artıq universitetdə təhsil alan tələbələrimizin də sayı kifayət qədərdir və təbii ki, orda eyni zamanda bir məşğulluq yaradılır. Ali təhsil müəssisələrində işləyən müəllimlərimizin ora cəlb olunması, texniki işçilərin cəlb olunması, yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətli məsələdir. Bu kontekstdə digər universitetlərində şəhərdən kənara çıxarılması, regionlarda olması, həmin regionların inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər. Universitetlərə, təhsil müəssisələrinə qəbul olunan tələbələrin Bakı şəhərinə deyil, həmin regiona axını və burada təhsil alması, eyni zamanda bu təhsil müəssisələrinin fəaliyyət göstərməsi ilə məşğulluq problemi də həmin ərazilərdə həll olunur. Eləcə də regionlarımızda müəssisələrin intensiv olaraq açılmasında bizim iş adamlarına bununla bağlı əlavə imtiyaz və güzəştlərin verilməsi bu proseslərə cəlb olunmaları üçün vacibdir. Məsələn, artıq işğaldan azan olmuş ərazilərdə sənaye parkları fəaliyyət göstərməkdədir və bu sənaye parklarında müəssisələr açılır.


Müsahibimiz vurğulayıb ki,  Biz Ağdam sənaye parkında səfərdə olarkən, bilavasitə bu proseslə tanış olduq. Məlum oldu ki, orada fəaliyyət göstərən müəssisələr öz istehsal etdikləri məhsulları xarici bazarlara da çıxara bilirlər və artıq maliyyə resursları da gəlir. Xaricdən həmin məhsulların satışından əldə olunan gəlirlərdə sənaye müəssisələrinin inkişafına öz töhfəsini verir. Həmin müəssisələrdə işə cəlb olunan, məşğulluq məsələləri ilə təmin olunan vətəndaşlarımız da var. Bu da həmin regionların inkişafına öz müsbət təsirini göstərmiş olacaq.


Millət vəkilinin sözlərinə görə, İstənilən halda əsas strateji məqsəd ondan ibarət olmalıdır ki, regionlarımızda məşğulluq problemləri həll olunsun, sənaye müəssisələri açılsın. Ali təhsil və orta ixtisas təhsil müəssisələrimizin regionlarda fəaliyyəti, eləcə də bir sıra mərkəzi icra orqanlarının, nazirlik və dövlət komitələrinin bir hissəsinin regionlara paylanılması və oradan idarə edilmənin həyata keçirilməsi də əlavə olaraq şəhərə axının qarşısını ala bilər. Həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək istəyən region əhalisi üçün əlavə güzəştlər, bəzi məsələlər ilə bağlı dövlət proqramları var və əlverişli mühit yaradılıb, amma bu istiqamətdə əlavə qurumlar tərəfindən digər güzəşt və imtiyazların verilməsi məsələsinə də baxıla bilər.


"Hesab edirəm ki, bu da regionlarda yaşayan şəxslərin o sahədə işləməsini təşviq edər və onların şəhərə gəlişinin, şəhərdə dahada ciddi sıxlığın yaranmasının qarşısını ala bilər", - deyə Arzuxan Əlizadə qeyd edib.


Məmmədov Hüseyn

Referans.az

Chosen
2
referans.az

1Sources