Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində yerləşən qapalı Sarov şəhərinə gəlib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, şəhərdə Rusiya Federal Nüvə Mərkəzi - Rosatomun Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu (RFNC-VNIIEF), həmçinin Lomonosov adına Moskva Dövlət Universitetinin tədris klasteri yerləşir.
Qeyd edək ki, Putin Sarovu dəfələrlə ziyarət edib və sonuncu dəfə şəhərə 2023-cü ilin sentyabrında gəlib.