EN

Rusiyada xarici agent elan edilən Sergey Markov açıqlama verdi

"Mənə hücumları Rusiyanın düşmənləri və Putinin siyasətçiləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar".Metbuat.az xəbər verir ki, bunu Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb.

"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam", - Markov bildirib.

Chosen
23
4
metbuat.az

9Sources