EN

Dövlət İmtahan Mərkəzi niyə nəticəni gecikdirir?

Bilindiyi kimi Dövlət İmtahan Mərkəzi bu ilə qədərki dövrün hər qəbul ilində ixtisas seçimi yekunlaşdıqdan 3 gun sonra nəticələri açıqlayırdı. Əvvəlki illərin təcrübəsinə dayanaraq da, hər kəs nəticələrin bu günə çıxacağını gözləyirdi. Lakin DİM qəfil açıqlama verərək nəticələrin növbəti həftənin əvvəlində açıqlanacağını bildirdi. Səbəb olaraq da, Seçenov, Lomonosovun filialına qəbul olanlar, Xüsusi Təyinatlı Ali təhsil müəssisələrinə müraciət edənləri və müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olanların gecikdiyini bildirdi.

İlk olaraq qeyd edim ki, istər xüsusi təyinatlı təhsil müəssisələrinə, istərsə də digər sadalanan yerlərə qəbul olanların siyahısı DİM-ə öncədən verilir və DiM həmin abituriyentləri ixtisas seçiminə girməsinə məhdudiyyət tətbiq edir.

Əgər həmin siyahı DİM-ə verilməyibsə, DİM ixtisas seçiminin tarixini gecikdirməli idi. Cunki həmin təhsil müəssisələrinə qəbul olanlar təkrar ixtisas seçiminə girə bilməzlər.

Müsabiqədən kənar qəbul olanları da DiM yerləşdirir ali təhsil müəssisələrinə. Əgər bunu da gecikdiribsə, demək ki, xəta elə DİM-in özündədir. Səbəb heç də məntiqli görünmür.

Niyə?

Çünki DİM ixtisas seçiminə başlamadan öncə adıçəkilən təhsil müəssisələrinə qəbul olanların siyahısını öncədən almalı və onların digər ali təhsil müəssisələrinə ixtisas seçiminə məhdudiyyət qoymalı idi. Çünki qanunvericiliyə görə abituriyent eyni anda iki ali təhsil müəssisələrinə qəbul ola bilməz.

Chosen
1
aznews.az

1Sources