Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matçdan 1-i keçirilib.
Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə bitib.
"Ağ-qaralar" ilk turda "Şamaxı" ilə oyunda da heç-heçə etmişdi. Sözügedən matç 1:1 hesabı ilə yekunlaşmışdı.
Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşır. Oyuna saat 19:30-da start verilib. Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunudur.
Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.
22 avqust (cümə)
19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1 (İkinci hissə)
Qol: Ronaldo Vaskez, 72
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”
17:00. “İmişli” – “Neftçi” - 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu
23 avqust (şənbə)
“Kəpəz” – “Karvan-Yevlax”
24 avqust (bazar)
“Şamaxı” – “Sabah”
“Turan Tovuz ” – “Araz-Naxçıvan”
25 avqust (bazar ertəsi)
“Qəbələ” – “Zirə”
№ Klublar | O | Q | H | M | VQ | BQ | TF | X |
1. Sumqayıt | 1 | 1 | 0 | 0 | 3 | 0 | 3 | 3 |
2. Turan Tovuz | 1 | 1 | 0 | 0 | 1 | 0 | 1 | 3 |
3. Neftçi | 2 | 0 | 2 | 0 | 1 | 1 | 0 | 2 |
4. Şamaxı | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
5. Qəbələ | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
6. Karvan | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
7. Araz-Naxçıvan | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
8. Zirə | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
9. İmişli | 2 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 1 |
10. Qarabağ | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
11. Sabah | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
12. Kəpəz | 1 | 0 | 0 | 1 | 0 | 3 | -3 | 0 |