EN

Premyer Liqa: “Sumqayıt” “Qarabağ”ı məğlub edərək liderliyini möhkəmlətdi

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, günün ikinci matçında son çempion “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib.

“Azersun Arena”da təşkil olunan görüş “kimyaçılar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi matçda yeganə qolu Ronaldo Vaskes vurub. O, 72-ci dəqiqədə Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvindən istifadə edib.

Bununla da Saşa İliçin rəhbərlik etdiyi kollektiv xallarının sayını 6-ya çatdıraraq liderliyini möhkəmlədib.

Qeyd edək ki, günün ilk oyununda “Neftçi” səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib. Turun digər oyunları 23, 24 və 25 avqust tarixlərində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
10
icma.az

10Sources