Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bildirib ki, Hollandiya hakimiyyəti krallığın “Patriot” zenit-raket komplekslərinin üçdə ikisini Polşaya təhvil verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Vurğulamaq istərdim ki, Hollandiyada cəmi üç “Patriot” batareyası var və onlardan ikisi Polşaya verilib”,- deyə nazir qeyd edib.
O, Amsterdama respublikanın üzərindəki hava məkanının qorunmasına kömək etmək üçün Varşavanın müraciətinə verdiyi cavaba görə təşəkkür edib.