EN

“Qarabağ” “Sumqayıt”a uduzdu

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

 

Modern.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

 

“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

 

“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.

 

Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.

Chosen
1
15
modern.az

10Sources