Azərbaycan Tibb Universitetində (ATU) bəzi ixtisaslar üzrə təhsil haqları qaldırılıb. Belə ki, "Tibb" ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, "Stomatologiya" ixtisası üçün 6 000 AZN, "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı" ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.
Universitetdə professor-müəllim heyətinin əmək haqları qaldırılacaq?
Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Tibb Universitetinə sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, professor-müəllim heyətinin əmək haqlarının artırılması ilə bağlı hələlik hər hansı qərar qəbul olunmayıb",- deyə bildirilib.