EN

Basketbol millimiz Niderlanda uduzub

Yazını böyüt
Yazını kiçilt

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

Hafta.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland komandası olub.

Görüş komandamızın 49:81 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan yığmasının növbəti rəqibi sabah Slovakiya olacaq.

Chosen
19
5
hafta.az

6Sources