16 yaşadək qız basketbolçulardan ibarət millimiz Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland komandası olub.
Görüş komandamızın 49:81 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamızın növbəti rəqibi sabah Slovakiya olacaq.