EN

Rusiyada koronavirusun yeni ştammına yoluxma hallarının sayı artıb

“Rusiyada koronavirusun yeni ştammı olan “Stratus”a yoluxma hallarının sayı artıb”.

“Report” xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə, yeni ştammın simptomların klinik təzahürü ilə digərlərindən fərqlənmir:

““Stratus”a yoluxma hallarının sayı hər gün artır, onların sayı 300 olubsa, hazırda 384-dür. Düşünür ki, daha çox olacaq. Sadəcə olaraq “Stratus” yəni daha yoluxucudur”.

Bununla belə, Popova aydınlaşdırıb ki, koronavirus infeksiyasının nəticələri fərqli ola bilər. Buna görə də profilaktik tədbirlərə riayət etmək və sağlamlığınıza diqqət yetirmək lazımdır.

Chosen
27
8
report.az

9Sources