EN

Mahirin komandası səfərdə uduzdu

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, 3-cü turda “Kayzerslautern”in əsas heyətində yer alıb.

Səfərdə “Elversberq”in qonağı olan Mahirin komandası məğlubiyyətlə üzləşib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, “Kayzerslautern” ilk 3 tura iki dəfə uduzub, bir dəfə qalib gəlib. Komandanın növbəti rəqibi “Darmştadt” olacaq.

Chosen
96
2
qafqazinfo.az

3Sources