EN

ABŞ-də zavodda baş verən partlayışdan sonra sakinlər təxliyə edilib

Luiziana ştatının Tangipahoa rayonundakı Smitty's Supply yanacaq və sürtkü yağları zavodunda güclü partlayış və ardınca yanğın baş verib.

“Report” bu barədə “Fox News” televiziya şirkətinə istinadən xəbər verir.

Yerli qurumlar bir mil radiusda (1,6 km-dən çox - red.) sakinlərin təxliyyə edildiyini elan edib. Xilasedicilər zavod ətrafında nəqliyyatın hərəkətini bağlayıblar.

Yerli rəsmilərin məlumatına görə, insident nəticəsində itki yoxdur. Ətraf Mühitin Keyfiyyəti Departamentinin və Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları vəziyyəti izləyir və qiymətləndirirlər.

Chosen
19
report.az

1Sources