EN

Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO hücum hazırlıqlarına BAŞLADI

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Alyaskada keçirilən danışıqlara dırnaqarası yanaşması fonunda Tramp gözlənilmədən Rusiyaya hücumun önəmi ilə bağlı xəbərdarlıq edib.“İşğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil. Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Təsəvvür edin ki, əla müdafiəsi olan böyük idman komandası var, amma onun hücumda oynamasına imkan verilmir. Onun qələbə şansı ola bilməz!Ukrayna və Rusiya ilə bağlı məsələdə də belədir. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə... Sonda nə oldu? Buna baxmayaraq, mən olsaydım, bu müharibə başlamazdı – sıfır şans. Maraqlı dövrlər qabaqdadır” – deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.NATO hazırlıqlara başladıBundan əlavə, ABŞ, Ukrayna və daha beş ölkənin Baş Qərargah rəisləri, eləcə də NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı ali baş komandanı diplomatik səylər çərçivəsində hərbi planlar hazırlayıblar.ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin bəyanatında bildirilib ki, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.Holsted bu planların “sülhün əldə olunması məqsədilə” hazırlandığını qeyd edib.Lakin Trampın xəbərdarlığı və hərbi plan hazırlıqları vəziyyətin gərginləşməsi ehtimalını artırır. Üstəlik, heç kimə sirr deyil ki, NATO-Rusiya qarşıdurmasının aktiv fazaya keçməsi III Dünya Müharibəsi deməkdir.Proseslər necə cərəyan edəcək?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Üçüncü Dünya Müharibəsinin başlana biləcəyi ehtimalını real hesab etmir:“Baydenin Prezidentliyi dövründə ABŞ qrant şəklində Ukraynaya 120 milyard dollardan artıq yardım edib. Bunun da yarıdan bir qədər artığı hərbi yardımdır. Ancaq sonrakı hadisələr göstərdi ki, bu qədər hərbi yardımlar verilməsi, Kiyevin torpaqlarını işğaldan azad etməsinə imkan vermir. Bayden adminstrasiyası da bundan artığını etmək istəmədi.Səbəb də aydın idi. 2022-ci ilin sentyabr-noyabr aylarında Ukraynanın uğurlu əks-hücumu oldu. Nəticədə işğal edilmiş ərazilərin 78 min kv-km-i azad edildi. Daha çoxunu da azad etmək olardı. Ancaq Ağ Ev buna imkan vermədi”.Espert qeyd edir ki, Rusiyanın nüvə silahından istifadə etmək hədəsi öz nəticəsini verdi və Ukrayna dayanmaq məcburiyyətində qaldı:“2023-2025-ci illərdə isə Ukrayna uğurlu hərbi əməliyyatlar keçirə bilmədi. Rusiya isə ağır-ağır olsa da, irəli getdi”.A.Səmədov bildirir ki, Bayden adminstrasiyası yalnız müdafiə olunmağa kifayət edəcək səviyyədə hərbi yardım göstərirdisə, Tramp heç onu da göstərmək istəmir:“Açıq şəkildə deyir ki, o yalnız pul qarşılığında silah sata bilər. Ukraynanın irəli getməsi üçün hər il təxminən 45-50 milyard dollar hərbi yardıma ehtiyac var. Ancaq bu il üçün ayrılan hərbi yardım onun onda biri səviyyəsindədir. Bu şəraitdə isə Kiyevin irəli getməsi mümkünsüzdür.Tramp isə Zelenskini ərazi güzəştləri əsasında sülh razılaşmasına məcbur etmək istəyir.

Avropa da Trampın təzyiqləri qarşısında dayanmaq gücündə deyil. Onun təkbaşına Kiyevə yardımı isə mümkünsüzdür. Üçüncü Dünya Savaşı da qeyri-mümkündür. Ən azı yaxın dövr üçün. İlin sonuna qədər Ukrayna güzəştə gedərək, sülh sazişini imzalayacaq”.Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
2
bizim.media

3Sources