EN

Premyer Liqa: "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq

Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.

Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib.

Misli Premyer Liqası

Chosen
27
11
publika.az

10Sources