EN

Zelenski Trampın şərtləri ilə razılaşacaq?

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna ilə bağlı münaqişənin həlli üçün Kiyev ilk növbədə Moskvanın şərtlərini qəbul etməyə hazır olmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp Ukrayna münaqişəsi ilə bağlı danışıqların hələ də davam etdiyini hesab edir, lakin onun komandası bu prosesin asan olmayacağını düşünür.

Həmin mənbə qeyd edib ki, Tramp və onun yaxın çevrəsi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında mümkün görüşün təşkilinə yönəlmiş səylərini davam etdirirlər.

Kənan
Milli.Az

Chosen
62
34
milli.az

10Sources