EN

Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir – Səbəb

İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.

Turkustan.az “Unikal”a istinadən bildirir ki, iş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.

Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin qiymət artımlarına qarşı etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.

O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.

Chosen
8
30
turkustan.az

10Sources