EN

4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat etdi

Rusiyalı alpinist Nataliya Naqovitsına Qırğızıstanın Pobeda zirvəsində vəfat edib.

Bakıvaxtı.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, idmançı yüksəklikdən enərkən ayağını sındırıb və bir həftədən çox 7000 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.

Dağda yeməksiz, susuz qalan 47 yaşlı alpinisin yanında yalnız soba, yataq çantası və cırıq çadır olub.

Onun cəsədini almaq üçün havanın normallaşmasını gözləmək lazım gəlib. Yalnız bundan sonra helikopter sözü gedən hündürlüyə çataraq cəsədi alıb.

Qeyd edək ki, Nataliya Naqovitsına ərinin öldüyü hündürlükdə vəfat edib. Onun həyat yoldaşı 2021-ci ildə həmin hündürlüyə dırmaşarkən insult keçirib.

Chosen
48
11
bakivaxti.az

10Sources