EN

Metroda suşi qonalığı: Rəhbərlik buna necə yol verib? – VİDEO

“Bakımetropoliteni” qatarlarının birində çəkilimiş video müzakirələr doğurub.

KONKRET.az yenisabah.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfərin metroda süfrə açaraq suşi yeməsi əks olunub. Sərnişin yalnız yeməklə kifayətlənməyib, hətta yanında oturan digər sərnişinlərə də suşi təklif edib.

Görüntülər qısa müddətdə müzakirələrə səbəb olub. Bəziləri bu hərəkəti zarafat və pozitiv addım kimi dəyərləndirsə də, digərləri metroda ictimai qaydalarını pozduğunu bildiriblər.

Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən yenisabah.az-a bildirilib ki, qeyd edilən görüntülərlə əlaqədar müvafiq araşdırma aparılması üçün aidiyyəti üzrə müraciət edilib:

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı metropolitenindən istifadə qaydaları”na uyğun olaraq, Bakı metropolitenində foto və video çəkilişlərin aparılması qurumun icazəsi əsasında həyata keçirilməlidir. Əsas məqsəd təhlükəsizlik tələblərinə əməl edilməsi, qeyri-standart və böhran vəziyyətlərinin yaranmasının qarşısının alınması, sərnişin rahatlığı və məmnunluğu tələblərinin pozulmamasıdır.

Qeyd edilən görüntülərlə əlaqədar müvafiq araşdırma aparılması üçün aidiyyəti üzrə müraciət edilib. Bir daha bildiririk ki, Bakı metropolitenində foto və video çəkilişlər, layihələr, aksiyalar “Bakı Metropoliteni” QSC rəhbərliyinin razılığı və buna müvafiq olaraq təşkilati məsələlər həll edilmədən təşkil edilə bilməz”.

“Bakı Metropoliteni”nin qaydalarına əsasən, qatarda yemək və içmək qadağandır. Bu, həm sanitar-gigiyenik səbəblərlə, həm də digər sərnişinlərin narahat olmaması üçün nəzərdə tutulub.

Chosen
11
4
konkret.az

5Sources