Avqustun 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Â
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Â
Bildirilib ki, araşdırmalarla yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.
Â
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Tarix: 23 Avqust 2025, 10:19Â Â Â