EN

Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR

Ajans.az Lent.az-a istinadən xəbər verir ki,Xəlilov kassasiya məhkəməsinə şikayət edib. Orada onun cəzası bir gün azaldılıb. Razi Xəlilovun dörd il azadlıqdan məhrumetmə cəzası aldığı hadisə 2023-cü ilin noyabrında “Qrinviç”də baş vermişdi. İstintaqın versiyasına görə, Razi tanışı Hüseyn Allahverdiyev ilə mübahisə edib, tərəflər dava düşüb. Onlar tapançalarını çıxarıb atəş açıblar. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Polis və ticarət mərkəzinin mühafizəçiləri hər ikisini operativ şəkildə saxlayıblar. Həbsdə olarkən Xəlilov qalmaqala da səbəb olub. Ötən il noyabrın 1-də mediada onun videobağlantı ilə qatıldığı Azərbaycan toyunun görüntüləri yayılıb. Vilayət üzrə penitensiar xidmət isə bu videonun saxta ola biləcəyini bildirib.
Chosen
4
2
Ajans.az

3Sources