EN

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin oktyabr müqaviləsinin dəyəri 0.09% artaraq 1 barelə görə 67.73 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.22% artaraq 63.66 ABŞ dollarına bərabər olub.

Chosen
15
49
apa.az

10Sources