EN

Ölkəmizə gətirilmiş ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilib

BAKI, TurkicWorld

Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.

"Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib.

Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlərin təşkili də nəzərdə tutulur",- deyə məlumatda qeyd edilib.

Chosen
48
30
turkic.world

10Sources