EN

200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib

200 000 dollar vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş protokol təsdiq edilib.

FED.az xəbər verir ki, şirkət 20 aprel 2023-cü ildə 200 000. ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans olaraq ölkə xaricinə köçürüb.

Belə ki, ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Abşeron rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 200 min dollar vəsaitin iyirmi faizi olan 40.000 ABŞ dolları məbləğində inzibati cərimə edilib (Trend).

Chosen
22
6
fed.az

7Sources