EN

Mahir oynadı, komandası uduzdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, 3-cü turda “Kayzerslautern” səfərdə “Elversberq”ə 1:2 hesabı ilə uduzub. Emreli oyuna start heyətində başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Onun yerinə meydana daxil olan Riçmond Taçi 7 dəqiqə sonra qol vurub. Lakin 90+2-ci dəqiqədə ev sahibi komanda qələbə topunu qeyd alıb.

“Kayzerslautern” hazırda 3 oyundan 3 xal toplayaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

 

Chosen
16
idmanxeber.az

1Sources