EN

Makronun tənqid edilməsinə görə Fransa ilə İtaliya arasında gərginlik yaranıb

Fransa İtaliya səfiri Emanuela Dalessandronu İtaliyanın baş nazirinin müavini Matteo Salvininin Fransa lideri Emmanuel Makronun Ukraynaya Avropa qoşunlarının göndərilməsi ilə bağlı mövqeyini tənqid etməsi ilə əlaqədar çağırıb.

Bu barədə “Report” “Agence France-Presse”ə istinadən xəbər verir.

Bundan əvvəl Salvini Makronu dəbilqə taxmağa və döyüşlərdə iştirak etmək üçün şəxsən Ukraynaya getməyə çağırıb.

“Səfirə xatırladılıb ki, bu bəyanatlar ölkələr arasındakı etimad mühitinə və tarixi münasibətlərə, xüsusən də Ukraynaya sarsılmaz dəstəyin güclü yaxınlaşması fonunda baş verən son hadisələrə ziddir”, - AFP mənbəyə istinadən yazıb.

Chosen
29
report.az

1Sources