EN

33 yaşlı müəllimdən məktəbdə əxlaqsız əməl: Öz şagirdinin videolarını...

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Sankt-Peterburq şəhərində tarix müəllimi pornoqrafik kadrlar çəkməkdə şübhəli bilinib.

“Cebheinfo.az” “78.ru”-ya istinadən xəbər verir ki, müəllim qadağan olunmuş videoları elə məktəbdə lentə alıb.

KİV-in məlumatına görə, aprel ayında polisə 48 yaşlı qadın gedib. O, tarix müəlliminin 16 yaşlı qızını aldatdığını deyib. Valideynin sözlərinə görə, 33 yaşlı müəllim 2024-cü ilin may ayından 2025-ci ilin mart ayına kimi Pestelya küçəsində yerləşən məktəbdə yeniyetmə qıza qarşı nalayiq hərəkətlər edib, onunla cinsi əlaqədə olub.

Müəllim saxlanılıb, məlum olub ki, o, pornoqrafik materialları lentə alıb. Yerli mətbuatda yayılan məlumata görə, 2024-cü il sentyabrın 10-dan oktyabrın 22-dək müəllim məktəbdə çılpaq şagirdi lentə alıb.

Üstəlik, nəşr iddia edir ki, müəllim qızın anasından ifadəsini geri götürməsini istəyib və intiharla hədələyib.

Xəzər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
cebheinfo.az

2Sources