EN

Gecələr tez-tez sidiyə qalxmaq xərçəngin xəbərçisi oldu

Səhhəti ilə bağlı heç bir şikayəti olmayan britaniyalı Kevin Uebber yalnız bir simptomdan sonra sağalmaz 4-cü mərhələ prostat xərçəngi diaqnozu alıb.

E-saglam.az xəbər verir ki, onun hekayəsini "People" nəşri yayıb.

Uebber 49 yaşında tətildə olarkən gecələr dəfələrlə sidiyə qalxmağa başlayıb. Tibbi müayinələr nəticəsində məlum olub ki, bu, prostat vəzi xərçənginin əlaməti imiş. “Şok, göz yaşları və inkar… Mən 15 ildən sonra təqaüdə çıxmağı planlaşdırırdım, amma ən kiçik övladımın orta məktəbə başlamasını belə görə bilməyəcəyimi düşündüm” — deyə o, diaqnozu ilk dəfə eşidəndə yaşadıqlarını xatırlayıb.

Həkimlərin iki il ömür verdiyi Uebber artıq 11 ildir ki, yaşayır və aktiv həyatını davam etdirir. O, kimyaterapiya dövründə qaçışa başlayıb və iki marafon da daxil olmaqla ümumilikdə 18 min mildən çox məsafə qət edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
5
e-saglam.az

1Sources