Əməkdar artist Elnur Əhmədovun qızı yüksək balla universitetə qəbul olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə musiqiçi sosial şəbəkə hesabında paylaşım edib.
“Gözəl qızım Ləman, səni yüksək - 620 balla Azərbaycan Diplomatik Akademiyasına (ADA), Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmağın münasibətilə ürəkdən təbrik edirəm. Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm. Allah hər birini qorusun”, - sənətçi paylaşımında qeyd edib.
"Cebheinfo.az"