EN

Xəzər rayonunda qanunsuz tikili söküldü - Video

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Mehman Quliyev adlı vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Chosen
11
28
axar.az

10Sources