EN

Qvardiolanın qapıçı tərəddüdü: "Tottenhem"lə kimi oynadacağını bilmir

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının ikinci turunun "Tottenhem"lə oyunu öncəsi qapıçılarla bağlı vəziyyətdən danışıb.

Far.Az Oxu.Az "Manchester Evening News"a istinadən xəbər verir ki, mövsümün ilk oyununda "şəhərlilər"in qapısında Ceyms Trafford durub, Stefan Orteqa ehtiyat oyunçular skamyasında qalıb. Ederson Moraes isə ümumiyyətlə, komandanın iştirak ərizəsinə daxil edilməyib.

"Oyuna kimlə başlayacağıq? Buna axşam, nahardan sonra qərar verəcəyik. Yeni oyunçular həmişə enerji və ideyalar gətirir. Ceyms böyüdüyü kluba gənclik və oynamaq istəyi gətirib, biz də onun birinci matçdakı çıxışından razıyıq. Lakin bu, sadəcə ilk oyundur. Mövsümün ikinci oyununda ardıcıllıq nümayiş etdirməli və "Tottenhem"ə qarşı daha yaxşı görünməliyik", - deyə Qvardiola bildirib.

"Siti"nin baş məşqçisi yeni transferlər barədə də konkret məlumat verməyib: "Mümkün transferlər? Bilmirəm. Bunlar bizim oyunçularımızdır, görək nə olacaq. Düşünürəm ki, bəzi şeylər olacaq və biz görəcəyik".

Qeyd edək ki, Ederson xəstəlikdən sağalıb və ikinci turun oyununda iştirak etmək üçün hazırdır. Bundan əvvəl braziliyalı mədə-bağırsaq xəstəliyi səbəbindən Premyer Liqanın "Vulverhempton"la ilk matçını (4:0) buraxıb. Bundan əlavə, 32 yaşlı qolkiperin "Qalatasaray"a keçməyə yaxın olduğu bildirilir.

Əlavə edək ki, idman mediasında "Mançester Siti"nin italiyalı Canluici Donnarummanın transferi ilə bağlı PSJ ilə birbaşa danışıqlar apardığı barədə də xəbərlər yayılıb.

Chosen
10
2
far.az

3Sources