EN

ABŞ alimləri autizmin müalicəsi üçün yeni dərman kəşf etdilər Sadəcə bir dəfə bəs edir

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Stenford Tibb Universitetinin tədqiqatçıları autizmin müalicəsində mühüm irəliləyiş əldə ediblər. 

Qaynarinfo "DailyMail”ə istinadla  yazır ki, onlar sadəcə bir doza ilə autizm simptomlarını geri çevirən yeni dərman kəşf ediblər.

"Science Advances” jurnalında dərc olunan yeni araşdırmada siçanlar üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, talamusun hissi məlumatların işlənməsinə cavabdeh olan rеtikulyar nüvəsində hiperaktivlik autizm davranışları ilə bağlıdır.

Alimlər siçanlara Z944 preparatı (ulikssakaltamid kimi də tanınır) yeridiblər. Bu dərman əvvəllər qıcolmaların müşahidə olunduğu epilepsiyanın mümkün müalicə vasitəsi kimi sınaqdan keçirilirdi. Nəticələr çox təsirli olub – preparat beynin həmin hissəsindəki aktivliyi zəiflədərək autizm simptomlarını aradan qaldırıb.

"Mütəxəssislər aşkar ediblər ki, preparatın siçanlara sadəcə bir dəfə yeridilməsi autizmlə bağlı simptomları – işıq və səsə qarşı yüksək həssaslığı, özünü stimullaşdırmanı, təkrar davranışları, sosial problemləri və qıcolma riskini aradan qaldırır”, – məqalədə qeyd olunur.

Araşdırma nəticələri göstərir ki, epilepsiyanı və autizmi idarə edən beyin prosesləri bir-birinə bağlı ola bilər. Bu da izah edir ki, autizmi olan insanlar niyə daha çox qıcolmalardan əziyyət çəkirlər.

Hesab olunur ki, autizmi olan şəxslərin epilepsiyaya tutulma ehtimalı ümumi əhaliyə nisbətən 30 dəfə çoxdur. Bu isə zamanla idrak funksiyalarını pisləşdirə, nitq və sosial bacarıqlarda geriləməyə səbəb ola bilər.

Tədqiqatçılar bildiriblər ki, Z944 həm autizmin, həm də epilepsiyanın müalicəsində istifadə oluna bilər. Lakin preparat hələlik geniş istifadəyə təqdim olunmayıb və epilepsiya üzrə klinik sınaqlardan keçir. Onun insanlara necə təsir göstərəcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Danimarkada aparılan bir araşdırma uşaq vaksinlərindəki alüminiumun sağlamlıq üçün təhlükəli olduğu iddialarını təkzib etmiş, autizmlə heç bir əlaqəsini aşkar etməmişdi.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
qaynarinfo.az

1Sources