Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2 milyard 502 milyon 654 min ABŞ dolları təşkil edib.
AzNews.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur.
7 ayda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 18,34%-i Çinin payına düşüb.