
İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.