EN

Turistlərin çirkləndirdiyi Qələbin şəlaləsinin ətrafı tullantılardan təmizlənib - Rəsmi

Lerikdə Qələbin şəlaləsinin ətrafı tullantılardan təmizlənib...

Bu barədə "Report"un sorğusuna cavab olaraq Lerik Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bir müddət əvvəl həmin sahə əraziyə gələn turistlər tərəfindən tullantılarla çirkləndirilib: "Əraziyə meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları cəlb olunub və sözügedən tullantılar yığışdırılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qələbin şəlaləsinin yerləşdiyi ərazinin müxtəlif tullantılarla çirkləndirilməsi ilə bağlı görüntülər yayılıb.

Poliqon.info

Chosen
29
4
poliqon.info

10Sources