EN

Səfir: Zəngəzur dəhlizi Skandinaviya ölkələri üçün daha təhlükəsiz ticarət axını deməkdir

Zəngəzur dəhlizinin ("Tramp marşrutu") Norveç və digər Skandinaviya ölkələri üçün əhəmiyyəti uzaq geosiyasi layihədən daha artıqdır.

Far.Az report-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun bu ölkənin mətbuatında yayımlanan "Lalənin uşaqlıq arzusundan Cənubi Qafqazda sülhə qədər" adlı məqaləsində yer alıb.

Diplomat vurğulayıb ki, açıq və ixracyönümlü iqtisadiyyata sahib olan bu ölkələr üçün Zəngəzur dəhlizi və Orta Dəhliz daha təhlükəsiz və sürətli ticarət axını, habelə Avropa ilə Asiya arasında yerləşən strateji regionla gücləndirilmiş iqtisadi əlaqələr deməkdir:

"Cənubi Qafqazda sabitlik enerji bazarlarında və qlobal təchizat şəbəkələrində sabitliyə xidmət edəcək, bu da Skandinaviya şirkətləri və istehlakçıları üçün faydalı olacaq. Norveçin sülh və beynəlxalq əməkdaşlıq sahəsində ciddi ənənəsi var. Bu təcrübə və Şimal ölkələrinin regional inteqrasiya modeli Cənubi Qafqaz üçün ilham mənbəyi ola bilər".

Səfir xatırladıb ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində Cənubi Qafqaz regionunda müharibə alovlanarkən həmin münaqişələr Norveç mediasında geniş işıqlandırılıb:

"Özüm də arxiv materiallarını gözdən keçirəndə Norveçin bu regiona nə qədər diqqət ayırdığını görmüşəm. Hazırkı nailiyyət Cənubi Qafqaz üçün yeni bir başlanğıc, Norveç üçünsə növbəti fəslin yazılmasında iştirak üçün bir dəvətdir".

Chosen
19
6
far.az

7Sources