EN

"Qardaşlar ölmüşdü, ata şokda idi" - Hoteldəki faciənin təfərrüatı

Niderlanddan olan iki yeniyetmə İstanbuldakı hotellərdən birində ölü tapılıb, onların atası isə xəstəxanaya yerləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə NTV yazıb. 

İlkin ehtimal kimi 15 və 17 yaşlı oğlanların restoranda qidadan zəhərləndiyi deyilir. 

Hotel Fatih səmtindəki Göy Məscidin və Qapalı Bazarın yaxınlığında yerləşir. 

Məlumata görə, onlar Türkiyədə tətildə olublar və İstanbulun Taksim turizm bölgəsində şam yeməyinə gediblər. 57 yaşlı ata polisə oğulları ilə Taksim meydanında olduğunu, lakin heç nə yemədiyini deyib. Həmin gün axşam saatlarında hotelə qayıtdıqdan sonra ata oğlanlarını çağırsa da, onlar cavab verməyiblər. 

"Qapını döyüb içəri girəndə oğlanların hər ikisi ölmüşdü, biri çarpayıda, digəri isə yerdə idi... Təcili tibbi yardım gələndə hər iki qardaş ölmüşdü. Ata şokda idi", - hotel işçisi Mehmet Kardağ açıqlayıb. 

İstanbul polisi araşdırmaya başlayıb.

Ağarza Elçinoğlu 

Chosen
8
unikal.az

1Sources