EN

Ukrayna ilə bağlı dəhşətli statistika: 10 milyon insan...

2022-ci ilin əvvəlindən 2024-cü ilin ortalarına qədər tammiqyaslı müharibənin iki ilə yaxın müddətində Ukrayna əhalisi minimum 10 milyon nəfər azalıb.

Publika.az xəbər verir ki, bu barədə "Frontliner" məlumat yayıb.

Materiala əsasən, 2022-ci ilin əvvəlində (Krım nəzərə alınmadan) Ukraynada 40 milyondan çox insan yaşayırdı. Lakin 2024-cü ilin ortalarına qədər ölkə əhalisi təxminən 35,8 milyon nəfərə düşüb, onlardan 31,1 milyon nəfəri Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidədir. Beləliklə, iki ilə yaxın müddət ərzində ölkə təxminən 10 milyon vətəndaşını itirib.

Əhalinin azalmasının əsas səbəbi kimi, milyonlarla insanın ölkəni tərk etməsi göstərilir. Hazırda təxminən 5 milyon insan sərhədlər xaricində yaşayır. Onların çoxu Polşa, Almaniya, Çexiya, İtaliya və İspaniyaya yerləşib.

Ukraynadakı qalan əhali, xüsusilə ölkənin şərq və cənub bölgələrində - Donetsk, Luqansk, Xerson, Zaporojye və Xarkov vilayətlərində - kəskin surətdə azalıb. Mərkəzi və qərb bölgələr isə daxili köçkünləri qəbul etməsinə baxmayaraq, emiqrasiya səbəbindən orada da əhali səviyyəsi azalıb.

Chosen
3
publika.az

1Sources