Ajans.az yerli mediaya istinadla bildirir ki, cütlüyün 2024-cü il aprelin 21-də sağlam bir oğlu dünyaya gəlib. Lakin sonradan nə ana, nə də ata uşağa lazımi qayğı göstərməyib, xüsusilə də onu tam qidalanma ilə təmin etməyiblər. Bu, orqanların və toxumaların fiziki cəhətdən yetkinləşməməsinə, antropometrik göstəricilərin xeyli azalmasına, inkişafın ləngiməsinə və çəki itkisinə gətirib çıxarıb. Valideynlər vaxtında tibbi yardıma müraciət etməyiblər və 2024-cü il iyulun 15-də uşaq mənşəyi müəyyən olunmamış virus infeksiyasından vəfat edib. Ekspertlərin rəyinə görə, ana və atanın övlad qarşısında vəzifələrini yerinə yetirməməsi ilə körpənin ölümü arasında səbəb-nəticə əlaqəsi mövcuddur. Nəticədə valideynlərə qarşı prokurorluqda cinayət işi açılıb.