EN

Lavrovla Ceyhun Bayramov danışıqlar APARDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri də müzakirə olunub.

Nazirlər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Chosen
3
49
demokrat.az

10Sources