EN

Azərbaycan və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər

Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.

Bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin “Telegram” kanalı məlumat verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər.

Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.

Oxu.Az

Chosen
38
14
editor.az

10Sources