EN

Bakıda bəzi yollar bağlanacaq -SABAH TEZDƏN

Avqustun 24-də saat 07:00-dan saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam, Bakı şəhəri, Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən “20 Yanvar” dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

 

Bildirilib ki, məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədardır.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Chosen
92
42
senzor.az

10Sources