Bu səbəbdən insanlar həm şəhər daxilində, həm də uzun yollarda istifadəyə uyğun, büdcəyə qənaət edən və ehtiyat hissələri asanlıqla tapılan avtomobillərə üstünlük verirlər.
Təlimçi Adil Nəbiyev Valyuta.az-a bildirir ki, günümüzdə elektrik avtomobillər daha sərfəlidir:
"Bu gün yeni elektrik avtomobilləri daha sərfəlidir. Lakin uzun yollarda elektrikli avtomobillər o qədər də əlverişli deyil. Bunun əsas səbəbi hər yerdə, istənilən vaxt şarj edə biləcəyimiz şarj məntəqələrinin kifayət qədər olmamasıdır. Yəni şarj məntəqələri hər zaman əlçatan deyil. Bundan başqa, şarj məntəqəsi olsa belə, dayanıb avtomobili şarj etmək uzun vaxt aparır və çox vaxt itkisinə səbəb olur. Buna görə də uzun yollar üçün hibrid avtomobillər daha əlverişlidir. Lakin bir neçə ildən sonra elektrik avtomobillərinin sayı artdıqca şarj aparatları da hər yerdə daha əlçatan olacaq".
"Dizel avtomobillər isə ümumiyyətlə, şəhər daxilində istifadə edilməsə yaxşıdır. Çünki şəhərdə asta sürətlə hərəkət edildikdə filtrin dolması problemi yaranır. Ancaq uzaq yola çıxdıqda, sürət yüksək olduğu üçün filtrlər dolmur. Satış baxımından Yaponiya və Koreya avtomobilləri ikinci əl bazarında daha çox üstünlük qazanır. Bir sözlə, ən çox istifadə edilən avtomobilləri sürmək daha məqsədəuyğundur.
6Sources
-
poliqon.infoAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? ( 20631921)
-
demokrat.azAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? ( 20629842)
-
milli.azAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? ( 20629689)
-
avtosfer.azAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? - Dizel yoxsa ...? ( 20628405)
-
milliyol.azAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? ( 20625852)
-
qaynarinfo.azAzərbaycanda hansı avtomobillər daha sərfəlidir? ( 20625198)