EN

Hər şey yaxın günlərdə hazır olacaq - ZELENSKİ

Ajans.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. O vurğulayıb ki, Rusiya sülh üçün heç bir niyyət nümayiş etdirmir, ona görə də onun mövqeyini dəyişmək üçün təzyiq və bütün məsələlərin müzakirəsi üçün ən yüksək səviyyədə görüş lazımdır.

“Hazırda Ukrayna, ABŞ və avropalı tərəfdaşların komandası bu mexanizmin arxitekturası üzərində işləyirlər. Hər şey yaxın günlərdə hazır olacaq. Biz Niderlandın bu prosesdə iştirakını necə artıra biləcəyi və təhlükəsizliyin təmin olunmasına necə kömək edə biləcəyi barədə danışdıq”, - o deyib.

Chosen
21
14
Ajans.az

10Sources