EN

Aygün Bəylərin bacısı ailəsindən imtina edib

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova bacılarından imtina edib.

Adalet.az xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişində danışıb. Zümrüd bildirib ki, Aygünün sənətini davam etdirdiyi üçün ailəsi onu tənqid edib:

"Son bir ildir ki, Aygün Bəylərin digər bacıları ilə əlaqəni kəsmişəm. Onlardan imtina etmişəm. Məni çox təklədilər. Aygünün sənətini davam etdirmək istəyirəm. Amma sanki Aygünün sərvətini almışam. Xoşlarına gəlmdi, hətta məni şərlədilər də". 

Qeyd edək ki, Aygün Bəylər uzun sürən xərçəng xəstəliyindən ötən ilin yanvarında Ankarada dünyasını dəyişib.  

Chosen
40
12
adalet.az

10Sources